Leyla Yunusdan şok antiazərbaycan addımı – Kampaniya davam edir
Bizi izləyin

Nida.az

Leyla Yunusdan şok antiazərbaycan addımı – Kampaniya davam edir

Dövlətə xəyanət, dələduzluq, qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları ilə həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus antiazərbaycan fəaliyyətinə davam etdirir.

Publika.az-a daxil olan məlumata görə, L.Yunus “Vicdan Məhbuslarının Müqavimət Strategiyası” adlı yeni müraciətlə onun hüquqlarının müdafiəsi üçün yeni qurumun yaradılmasını istəyib.

Qeyd edək ki, müxalifət düşərgəsi L.Yunus və digər məhbuslarla bağlı iki komitə yaradılıb. Onlardan biri Milli Şura, digəri isə Müsavatın təşəbbüsü ilə yaradılıb. Onu da bildirək ki, Milli Şuranın komitə yaratmasını L.Yunusun qaynı, Amerikada yaşayan Ramiz Yunus ailənin adından təklif etmişdi.


Görünür, L.Yunus bu komitələrlə kifayətlənmək istəmir və əlavə hərəkatın yaradılması təklifini irəli sürür. Təklifə görə, mərkəzləşmiş Vicdan Məhbuslarının Müqavimət Hərəkatı (VMMH) yaradılmalıdır.
Ən diqqətçəkən məqam isə Avropa Şurasının baş katibi və AŞPA sədrinə müraciətlərin edilməsi, hərəkatın L.Yunusun istəyi ilə Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyinin dayandırılması üçün hərəkata başlamasıdır.

L.Yunusun Azərbaycanın nüfuzlu qurumlara sədrlik etməsinə qarşı çıxması bu şəxsin Azərbaycana qarşı hansı mövqedə dayandığını bir daha göstərir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm