“Azərbaycanı siyasi maraqlarının təminatçısına çevirmək istəyirlər”
Bizi izləyin

Nida.az

“Azərbaycanı siyasi maraqlarının təminatçısına çevirmək istəyirlər”

“Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı bir sıra beynəlxalq təşkilatların Azərbaycana yönəlik siyasətlə bağlı bəyanat verib.

Publika.az-a daxil olan bəyanatda Azərbaycanın müstəqilliyini qazandıqdan sonra bir çox beynəlxalq təşkilatların dövlətimizi öz müstəqil siyasətindən çəkindirməyə və regionda Azərbaycanı öz siyasi maraqlarının təminatçısına çevirməyə çalışdığı deyilir.

N.Orduxanlının sözlərinə görə, bütün bunlar son vaxtlar baş verən hadisələrlə bir daha acıq şəkildə sübut olunur: “Son vaxtlar Azərbaycan cəmiyyəti bir daha Avropa Şurasının, “Amnesty İnternational”ın və “Human rights Watch” kimi təşkilatların Azərbaycana olan qərəzli münasibətinin şahidi olur. “Amnesty İnternational”ın və “Human rights Watch”un erməni lobbisi tərəfindən Azərbaycana qarşı yönəldilməsi və əsas hədəf kimi Azərbaycanın milli maraqlarına zərbə vurması dəfələrlə sübut olunub. Təəssüf hissi ilə qeyd edirik ki, Avropada özünü demokratik dəyərlərin qoruyucusu və insan haqlarının müdafiəçisi kimi göstərən Avropa Şurası kimi bir təşkilatın verdiyi bəyanatda da ikili standart müşahidə olunur. Təşkilatımızın adından bəyan edirik ki, bu təşkilatların Azərbaycan dövlətinə qarşı tutduğu siyasətlə barışa bilmərik. Vətənə xəyanət ittihamı ilə həbsə atılan Leyla və Arif Yunusovlara qarşı konkret ittiham olduğu halda və istintaqın getdiyi bir vaxtda digər tərəfdən güllü miqdarda vergidən yayınma ittihamı ilə həbsə atılan QHT rəhbərlərinin həbsini əsas tutaraq bu cür bəyanatlar verməsi heç bir hüquqa söykənmir. Dünyanın ən inkişaf etmiş ölkələrində belə bu cür həbslərin şahidi oluruq. Qonşu Gürcüstan dövlətinə nəzər yetirdikdə 100-dən artıq şəxsin siyasi məhbus olduğunu iddia edən Avropa Şurasının nədənsə Gürcüstanla bağlı indiyə qədər hər hansı bir bəyanat verilməyib. Gürcüstanda həbs olunanlara nəzər yetirdikdə onların böyük əksəriyyəti jurnalist, QHT üzvü, bloqçu, hüquq müdafiəçisi statusunu daşıyanlardır. Niyə susursunuz?! Digər tərəfdən biz hesab edirik ki, ölkə vətəndaşlarının hansı status daşımasından asılı olmayaraq, qanun qarşısında bərabərdir və bu məsələ ilə bağlı heç bir beynəlxalq təşkilat bundan istifadə edib Azərbaycan dövlətinə yönəlik siyasət apara bilməz”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm