Sağlamlıq
Halsızlıq və yorğunluqdan necə xilas olmalı?
Yay mövsümü ilə əlaqədar həm havada, həm də vücudumuzda temperatur artır. Bu halda sağlamlığımız üçün ən vacibi su içməkdir. İtirdiyimiz maye orqanizmimizdə halsızlıq, baş gicəllənməsi, təzyiqin düşməsi, böyrək çatışmazlığı, hətta huşun itməsi kimi problemlər yarada bilər.
Xüsusilə ürək, böyrək və ya qaraciyər xəstəliyindən əziyyət
çəkən xəstələrin qəbul etdikləri suyun miqdarını həkimləri təyin
etməlidir. Əgər sağlam insanlar gün ərzində həddindən artıq su
itirmirlərsə, 2-3 litr su içməlidirlər.
Yaşlılar və uşaqlar diqqətli olmalıdır
Həyatımız üçün əvəzedilməz bir maddə olan suyun vücudumuzdakı
tarazlığı böyrəklər başda olmaqla bir çox orqanlar tərəfindən
tənzimlənir. Sidik, nəcis, tər və tənəffüs yolu ilə itirdiyimiz
suyu yediyimiz qidalar, içdiyimiz su mayelərlə bərpa edir,
orqanizmimiz üçün zəruri olan tarazlığı qeyri-iradi təmin edirik.
Yay vaxtlarında, xüsusilə də havaların isti keçdiyi günlərdə tərlə
daha cox maye itiririk. Maye itkisi yaşlılarda və uşaqlarda daha
cox nəzərə çarpır. Açıq havada oynayan uşaqlar da hiss etmədən maye
itirirlər və ishal (qusma) kimi maye itirən yaşlılar və uşaqlar
daha ciddi problemlərlə qarşılaşa bilərlər.
Maye itkisi böyrək çatışmazlığı və huşun itməsinə səbəb ola
bilər
Su itkisinin əsas əlaməti susuzluq, halsızlıq və ağız quruluğudur.
Halsız insan özünü pis hiss edər, hərəkət etməsi məhdudlaşar. Su
itkisi artdıqca isə baş gicəllənməsi, təzyiqin düşməsi halı ortaya
çıxar. Bu hal daha da artarsa, nəbzi tez-tez vurar, əzələləri
boşalar, böyrək çatışmazlığının yaranması ilə huşunu da itirər.
Daha çox maye çatışmazlığı olduqda isə ürək, beyin, böyrək,
qaraciyər kimi orqanlarda problemlər yaranır və bunları müalicə
etməkdənsə, qarşısını almaq daha rahatdır.
Su içmirsinizsə, sulu meyvələrdən istifadə edin
Su içməyən və ya içməyi sevməyən insanlar sulu məhsullar ilə bu
tələbatı ödəməlidirlər. Meyvə suları, çay, kompotlar, ayran, süd,
qarpız, qovun kimi meyvə və tərəvəzlər doğru seçimdir. Meyvə suları
şəkər xəstələrinə və uşaqlara zərər verə bilər. Duzlu ayrandan isə
ürək və yüksək təzyiqi olan xəstələrin istifadə etməsi məsləhət
görülmür. /mediaxeberleri.az/
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir