Rusiya FİFA və UEFA-dan çıxarıla bilər
Bizi izləyin

İdman

Rusiya FİFA və UEFA-dan çıxarıla bilər

Rusiya FİFA və UEFA-dan çıxarıla bilər

Rusiya idman sahəsində də sanksiyalarla üzləşə bilər.

Publika.az xəbər verir ki, Avropa İttifaqının bir sıra ölkələri Rusiyanın beynəlxalq idman təşkilatlarının tərkibindən çıxarılması məsələsini müzakirə edib.

Məsələ ilə bağlı layihəni Çexiya hökuməti hazırlayıb. Bu təşkilatların siyahısında FİFA və UEFA da var. Sanksiya tətbiq olunacağı təqdirdə, Rusiya dünya və Avropa çempionatlarında iştirak edə bilməyəcək.

Bundan əlavə, Rusiya klublarına UEFA-nın bayrağı altında keçirilən bütün yarışlarda iştirak etmək qadağan olunacaq. Bura Çempionlar Liqası və Avropa Liqası da daxildir.

Qeyd edək ki, UEFA Krım klublarının Rusiya çempionatındakı nəticələrini tanımayıb. Bununla yanaşı, UEFA Rusiya Futbol İttifaqını və Ukrayna Futbol Federasiyasını məsələ ilə bağlı müzakirə aparmağa çağırıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm