Prezident sərəncam imzaladı
Bizi izləyin

Qırmızı.az

Prezident sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum"un və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum"un və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm