Orta məktəbdə döyüş sursatı tapıldı
Bizi izləyin

Qırmızı.az

Orta məktəbdə döyüş sursatı tapıldı

Bakıda orta məktəbin zirzəmisində döyüş sursatları tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Pirallahı rayonunda orta məktəbin binasının zirzəmisində döyüş sursatları aşkarlanıb.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

FHN-in mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçiriblər. Müəyyən olunub ki, bunlar istifadəyə yararsız olan (təlim ücün istifadə edilən) sursatlardır. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar etməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm