Əl-Nüsrə cəbhəsi BMT-yə şərt qoydu
Bizi izləyin

Dünya

Əl-Nüsrə cəbhəsi BMT-yə şərt qoydu

Suriyanın Qolan təpələrində 45 BMT əsgərini əsir götürən Əl-Nüsrə terror təşkilatı onları azad etmək üçün şərtlərini açıqlayıb.

Publika.az xəbər verir ki, terror təşkilatı bəyanat yayıb. Bəyanatda əsir götürülən BMT əsgərlərinin səhhətinin yaxşı olduğu qeyd edilir. Terror təşkilatı daha sonra əsirləri azad etmək üçün üç şərt irəli sürüb.

“AP”nin xəbərinə görə, hələ də müzakirələr edən tərəflər ortaq məxrəcə gələ bilməyib. Amma Əl-Nüsrə adından müzakirələrə qatılan heyətin açıqlama verdiyi iddia olunur. İddiaya görə, əsir götürülən əsgərlərin azad edilməsi yalnız aşağıdakı şərtlər daxilində mümkündür.

1.Əl-Nüsrə Cəbhəsinin BMT-nin terror siyahısından çıxarılması,

2.Suriyanın paytaxtı Şamın müxtəlif bölgələrinə humanitar yardımların təmin olunması,

3.BMT əsgərləri ilə döyüşlər zamanı həlak olan Əl-Nüsrə üzvləri üçün BMT-nin əl-Nüsrə Cəbhəsinə təzminat ödəməsi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm