Novruz Məmmədov: “Sərkisyanın psixoloji durumu bərbad vəziyyətdədir”
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: “Sərkisyanın psixoloji durumu bərbad vəziyyətdədir”

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov NATO-nun Uels sammitində ABŞ Dövlət katibi Con Kerri, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın üçtərəfli görüşünə münasibət bildirib.

Publika.az xəbər verir ki, N. Məmmədov rəsmi “Twitter” səhifəsində Sərkisyanın psixoloji durumunun yaxşı olmağını yazıb.


“Son 1 ayda münaqişənin həlli ilə bağlı Sarkisyanla keçirilmiş 2 görüşdə belə bir qəti qənaətə gəlmişəm ki, onun ən yüksək səviyyəli görüşlər zamanı işlətdiyi ifadələr, hərəkətləri, sifətinin mimikası situasiyaya adekvat olmur”, - deyə PA rəsmisi qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm