İdman
Elnur Məmmədlinin əhvalını korlayan nə olub?
Rusiyada keçirilən cüdo üzrə dünya çempionatı başa çatıb.
Çempionat Azərbaycan idmançıları üçün uğursuz olub. Cüdoçularımız bu çempionatdan medal qazana bilməyib. Son vaxtlar cüdoçularımızın uğursuz çıxışı bəzi suallar ortaya çıxarır.
“Uğursuzluq nədən qaynaqlanır” sualını cüdo üzrə olimpiya çempionu, hazırda federasiyanın vitse-prezidenti vəzifəsində çalışan Elnur Məmmədliyə verdik. Publika.az-a danışan vitse-prezidenti durumu belə şərh etdi:
“Mən də gözləməzdim. Medal qazana bilməmək mənə də çox pis təsir etdi, əhvalım korlanıb. Düzdür, zədəli idmançılarımız da var idi. Ancaq bu durumla bağlı müzakirələrimiz olacaq.
Tez bir zamanda problemlərin səbəbini öyrənib, həll etməyə çalışacağıq. Hamımız çalışacağıq ki, millinin əvvəlki səviyyəsini qaldıraq. Bu, çox vacibdir”.
Aygün İlqarqızı
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar