Öləndən sonra görəcəyiniz 9 şey – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Öləndən sonra görəcəyiniz 9 şey – FOTOLAR

Ölümdən sonra həyat var? Bu, cavabını tapmaq iqtidarında olmadığımız bir sualdır, amma cavabı tapmaqda bizə köməkçi ola biləcək insanlar var. O insanlar ki, kliniki ölüm yaşayıb, həyata qayıdıblar. Niyə onların dedikləri, təsvir etdikləri "o biri dünya" həmişə eyni olur? Onların fikirləri niyə həmişə üst-üstə düşür? Bəlkə, onlara inanmaq lazımdır? Gəlin şahidlərin sözlərinə qulaq verib, öldükdən sonra nə ilə qarşılaşacağımıza nəzər salaq:

1. İşıq

Kliniki ölüm yaşayan insanların böyük əksəriyyəti ilk rastlaşdıqları şeyin işıq olduğunu deyir. "Tunelin sonunda parıldayan bir işıq var idi"...

2. Öz vücudunu görə bilirsən

Fiziki ölümdən sonra insanların əksəriyyəti öz cansız bədənlərini gördüklərini vurğulayırlar. "Sanki bədəninin üzərindən yüksəlirsən və cansız vücuduna baxırsan".

3. Qoruyucu mələklər

Çox insan təsdiqləyir ki, öldüklərini hiss etdikləri an ən azı bir qoruyucu mələk və ya qoruyucu ruh görüblər. Hətta bəziləri qeyd edib ki, bu qoruyucu mələklər onlara öz fiziki bədənlərinə qayıtmağa köməklik göstərib.

4. Ana ilə görüş

Bu insanların bir hissəsi qeyd edir ki, kliniki ölüm zamanı onlar artıq həyatda olmayan anaları ilə görüşüblər.

5. Ölmüş qohumları görürsən

Əgər böyük ailən və çoxsaylı qohumların varsa, o biri dünyada mütləq onlarla qarşılaşacaqsan.

6. Bütün həyatın kinolent kimi gözlərin önünə gəlir

Şahidlərin dediyinə görə, həyatında yaşadığın ən xoşbəxt və ən bəxbəxt anlar gözünün qarşısında canlanacaq. Bütün xatirələrini kinolent kimi görə biləcəksən.

7. Ətrafındakıları görə və eşidə bilirsən

Çoxları deyir ki, fiziki ölüm ətrafındakıları görmənə və ya eşitmənə mane olmur. Sən onlara təsir göstərə bilməsən də, ətrafında baş verənləri rahatlıqla görə və eşidə bilirsən.

8. Dinclik

Ölümdən dönmüş insanların dediyinə görə, kliniki ölüm zamanı dinclik, mənəvi tarazlıq, sakitlik duyursan. Və bu duyğu heç nə ilə müqayisə oluna bilməyəcək dərəcədə güclü olur.

9. Geri qayıtmaq istəmirsən

Şahidlərin sözlərinə görə, ölüm duyğusu o qədər xoşdur ki, geri qayıtmaq istəmirsən. Bu dünya sənə yalnız mübarizədən ibarət bir yarışmanı xatırladır.

kult.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm