Nida.az
Azərbaycan İsraildə səfirlik aça bilər – AÇIQLAMA
“Azərbaycanın İsraildə səfirlik açması hazırda gündəmdə olan məsələdir. Günlərin bir günü biləcəyik ki, Azərbaycanın İsraildə də səfirliyi açılıb”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Yevda Abramov bildirib.
Onun sözlərinə görə, bu məsələ Azərbaycan prezidentinin səlahiyyətinə aid olan məsələdir.
Y.Abramov deyib ki, Azərbaycanın İsraildə səfirlik açması məsələsi keçirilən ikitərəfli görüşlərdə də müzakirə olunur:
“İsrail prezidenti Şimon Peres Bakıya səfərə gələn də bu məsələ gündəmdə idi. Bizim nazirlər də İsrailə səfər edən də bu məsələ müzakirə olunub. Mən də istəyirəm ki, səfirliyimiz olsun. Səfirliyin açılmasında həm Azərbaycan, həm də İsrail dövlətləri maraqlıdır. Hələ ki, təkcə İsrail dövlətinin Azərbaycanda səfirliyi var. Yəqin ki, yaxın zamanlarda da Azərbaycan da İsraildə səfirlik açacaq”.
Deputat həmçinin qeyd edib ki, İsrailin Azərbaycandakı səfirinin də fəaliyyətə başa çatıb:
“Yəqin ki, yaxın günlərdə cənab prezidentin də qəbulunda olacaq. Bundan sonra da İsrail tərəfi köhnə səfirin yerinə yenisini təyin edəcək”.
Vasif Həsənli
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı