Taleh Heydərovdan daha bir kitab TƏQDİMATI - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Taleh Heydərovdan daha bir kitab TƏQDİMATI - FOTOLAR

Bu gün Bakıda (“Four Seasons” otelində) Böyük Britaniya Parlamentinin üzvü, müdafiə məsələləri üzrə keçmiş dövlət katibi, tanınmış siyasi analtik Liam Foksun müəllifi olduğu “Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə”adlı kitabın təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, kitab Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilən “TEAS Press” Nəşriyyat Evi tərəfindən tərcümə edilərək nəşr edilib. Kitab “TEAS Press” Nəşriyyat Evi tərəfindən ingilis dilindən azərbaycan dilinə tərcümə edilərək çap edilən ilk nəşrdir.

Təqdimat mərasimində çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərov kitabla bağlı ətraflı məlumat verib. T.Heydərov bildirib ki, “Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə” adlı kitabın tərcüməsi və nəşri Azərbaycan kitab-poliqrafiya həyatında mühüm hadisə kimi qiymətləndirilə bilər.

T.Heydərov deyib ki, “TEAS Press” Nəşriyyat Evi Azərbaycanda nəşriyyat işinə dəstək vermək, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilində yüksək keyfiyyətlə tərcüməsi və nəşrini təşkil etmək məqsədi ilə təsis edilib.

Onun sözlərinə görə, nəşriyyat evinin tərkibində uşaq ədəbiyyatı üzrə ixtisaslaşan “3 alma” adlı uşaq ədəbiyyatı nəşriyyatı da yaradılıb: “Dünyanın ən məşhur uşaq ədəbiyyatları, bir çox bədii və informasiya xarakterli kitabları Azərbaycan dilinə tərcümə edilir”

T.Heydərov həmçinin qeyd edib ki, bu kitab siyasi və sosial sahələrdən bəhs edir: “Bu kitabın tərcüməsi Azərbaycanın yerləşdiyi geostrateji və geosiyasi mövqeyi baxımdan əhəmiyyətli idi. Ona görədə biz bu kitabın Azərbaycan dilində tərcüməsini lazım bildik”.

Tədbirdə bildirilib ki, müəllifin kitaba yazdığı Azərbaycan dilinə tərcüməyə ön sözdə kitabın məqsədi konteksində Azərbaycan tarixi, müasir vəziyyəti və dünyada yeri haqqında obyektiv fikirlər ifadə olunub.

Kitab problemlərin qoyuluşu, faktların xarakteri və təqdimi, müəllif mövqeyinin şərhi baxımından orijinallığı, dərin müşahidələri və unikallığı ilə diqqəti cəlb edir.

Mərasimdə Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa, Eldar İbrahimov, aparıcı KİV rəhbərləri və digər şəxslər iştirak ediblər.

Vasif Həsənli

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm