ABŞ: “Suriyanı vurmağa hazırıq”
Bizi izləyin

Dünya

ABŞ: “Suriyanı vurmağa hazırıq”

“ABŞ ordusu Suriyadakı İŞİD hədəflərini vurmağa hazırdır”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah başçısı Martin Dempsey bildirib.

Martin Dempsey bir neçə gün bundan əvvəl də terror təşkilatı İŞİD-in ABŞ-a qarşı birbaşa təhdid olacağı halda təşkilatın Suriyadakı qoluna qarşı hərəkətə keçəcəklərini açıqlamışdı.

Suriya prezidenti Bəşər Əsədin məsləhətçisi Besine Şaban Suriyada İŞİD terror təşkilatına qarşı hava hücumunun rəsmi Dəməşqin icazəsi olmadan həyata keçiriləcəyi halda ABŞ hərbi təyyarələrinin vurulacağını söyləyib. Dəməşq ABŞ-ın İŞİD-i vurmaq bəhanəsi ilə Suriyaya girmək istədiyini iddia edir.

ABŞ prezidenti Barak Obama isə dünən Bəşər Əsədin məsləhətçisinə cavab verib. O, Suriya ordusunu vurmağın İŞİD-i vurmaqdan daha asan olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm