Dünya
Davudoğlu Kiprdən mesaj verdi: “Ya birlikdə həll edək, ya da...”
Türkiyə baş naziri Əhməd Davudoğlu Şimali Kirp Türk Cümhuriyyətinə (ŞKTC) səfər edib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ə.Davudoğlu ŞKTC prezidenti Dərviş Əroğlu ilə keçirdiyi birgə mətbuat konfransıda yunan tərəfinə önəmli mesajlar verib.
“Mən buradan Yunanıstanın baş nazirinə də müraciət edirəm. Hörmətli Samaras, bu müzakirə çərçivəsində bir sülh inşa edək. Gəlin, Yaxın Şərqdə böhran və çalxantıların yaşandığı bir dövrdə sülhü təmin edək. Problemin ya birlikdə həllini tapaq, ya da embarqoların da qaldırılmasını əhatə edən yeni həll yolları irəli sürün. Heç bir zaman Kiprin türk xalqını tərk etməyəcəyik. Mesajımız budur”, - Davudoğlu Yunanıntana və adanın yunan hissəsinə mesaj göndərib.
Ağ dənizdəki təbii qaz ehtiyatlarının ümumilikdə adanın olduğunu deyən Türkiyə baş naziri təbii qaz mövzusunda yunan tərəfinin səhv etdiyini deyib. O, Kiprə Türkiyədən gətirilən suyun adanın yunan tərəfinə də verildiyini qeyd edib.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!