Xristian din adamlarından İŞİD üçün çağırış
Bizi izləyin

Dünya

Xristian din adamlarından İŞİD üçün çağırış

Orta Şərqin xristian din adamları ərəb birliyi və müsəlmanlardan İŞİD terror qruplaşması ilə mübarizədə daha aktiv olmasını istəyib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Vatikanın BMT-nin Cenevrə ofisi nəzdindəki daimi nümayəndəliyi Yaxın Şərqdə yaşayan xristianların insan hüquqları və gələcəyi mövzusunda mətbuat konfransı təşkil edib.

Mətbuat konfransına Keldani Patriarxı Louis Rafael Sako və Antakya Süryani Katolik Patriarxı İgnase Yusuf III Yunan da qatılıb. İraqda xristianlara və digər azlıqlara qarşı “soyqırım”ın həyata keçirildiyini söyləyən Yunan “müsəlman cəmiyyətindən bu soyqırımı dayandırmaq üçün bir fətva verilməsini istəyirik” deyib.


Keldani Patriarxı isə bildirib ki, ərəb liderləri İŞİD ilə mübarizədə lazım olanları etməlidir.

“Ərəblərin Ərəb Birliyi adında bir beynəlxalq təşkilatı var. Bu təşkilat İŞİD ilə mübarizədə yardım edə bilər. Təşkilat Türkiyə və İrandan da kömək istəyə bilər”. – Sako bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm