Rusiya Krımda müharibə meydanı yaradır
Bizi izləyin

Dünya

Rusiya Krımda müharibə meydanı yaradır

Rusiya bu ilin mart ayında özünə birləşdirdiyi Krım yarımadasında müdafiə potensialını gücləndirəcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Rusiya müdafiə naziri qeyd edib ki, Silahlı Qüvvələri Cənub hərbi dairəsinin prioritetli məsələlərindən biri Krım istiqamətində qoşunların sayının artırılmasıdır.Müdafiə Nazirliyinin başçısı Ukraynada vəziyyətin gərginləşməsi və Rusiya sərhədlərində xarici hərbi təhlükənin artması ilə Krım istiqamətində qoşunlarının sayının kifayət qədər artırılacağını deyib.

Məlumata görə, bu gün keçirilən müşavirədə Rusiya Müdafiə Nazirliyinin 2020-ci ilə qədər fəaliyyət planı müzakirə olunub.

Qeyd edək, 10 sentyabrda Kremldə prezident Vladimir Putin ilin sonuna kimi Rusiyanın yeni hərbi doktrinasının qəbuluna ehtiyac olduğunu bildirib. Ancaq Vladimir Putinin sözlərinə görə, Rusiyanı qlobal silahlanmaya cəlb etmək mümkün olmayacaq. Dövlət başçısı əsas diqqətin yüksək dəqiqlikli silah növlərinə və nüvə vasitələrinin istehsalına yönələcəyini vurğulayıb.

Kremldə keçirilən müşavirədə həmçinin ordunun 2016-2025-ci illərdə silahlanma proqramı müzakirə olunub. Prezident bildirib ki, Rusiyanın hərbi-sənaye komissiyasına şəxsən başçılıq edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm