Kanada sanksiyalar siyahısını açıqladı
Bizi izləyin

Dünya

Kanada sanksiyalar siyahısını açıqladı

Kanada Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları açıqlayıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sanksiyaların yeni siyahısı Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Sənədə əsasən, yeni sanksiyalar siyahısına Rusiya Əmanət bankı və müdafiə sənayesinin beş müəssisəsi düşüb. Sanksiyalara görə, Kanada şirkətləri, həmçinin xüsusi simalar siyahıya daxil edilən müəssisələrə 30 gündən çox müddət üçün maliyyə vermək hüquqlarına malik deyil.

Sanksiyalar siyahısına həmçinin Rusiya müdafiə nazirinin müavinləri Yuri Sadovenko və Dmitri Bulqakov, Baş Qərargah başçısının birinci müavini Nikolay Boqdanovski, Rusiya quru qoşunlarının baş komandanı Oleq Salyukov daxil edilib. Onların Kanada ərazisinə girişi qadağan olunur və bu ölkədəki maliyyə aktivləri dondurulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm