“Kiçik diktator” kimin adamıdır?
Bizi izləyin

İdman

“Kiçik diktator” kimin adamıdır?

“Kiçik diktator” kimin adamıdır?

“Palermo” klubunun prezidenti Mauriçio Zamparini ittiham dolu fikirlər səsləndirib.

Onun açıqlaması İtaliya mətbuatında gündəm mövzusu olub. Publika.az xəbər verir ki, Zamparini “Latsio” klubunun prezidenti Lotitonu “kiçik diktator” adlandırıb:

“Lotito balaca diktatordur. O, özünü federasiya rəhbərliyinə qarşı çıxırmış kimi göstərir. Bununla da özünü qəhrəman hesab edir. Əslində o federasiyaya “işləyir”.

Lotito federasiyanın yeni rəhbəri Karlo Tavekkonun adamıdır və onun vasitəsilə komandasını irəli aparmaq istəyir. Lotito belə fırıldaqçılıqla uzağa gedə bilməyəcək”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm