Məleykə Əsədova mükafat aldı - FOTO
Bizi izləyin

Tabloid.az

Məleykə Əsədova mükafat aldı - FOTO

Xalq artisti, Akademik Milli Dram Teatrının cazibədar aktrisası Məleykə Əsədova mükafatla təltif olunub.

Bu barədə Publika.az-a xalq artisti özü məlumat verib. Aktrisa Cəfər Cabbarlı mükafatına “Azərbaycan teatrında yaratdığı silsilə qadın obrazlarına görə” layiq görülüb. Qeyd edək ki, xalq artisti səhnədə Kleopatra, Çılğın, Şirin, Kardeliya, Züleyxa, Selcan, Gültəkin, Mariya Tüdor kimi mükəmməl qadın obrazları yaradıb.

Hazırda isə çalışdığı Akademik Milli Dram Teatrının səhnəsində “Mənim günahım” tamaşasında balerina olan Gülcahan rolunda çıxış edəcək. İlyas Əfəndiyevin yubileyinə həsr olunmuş tamaşanın hazırda məşqləri gedir.

Xatırladaq ki, bu, aktrisanın 2014-cü ildə aldığı ikinci mükafatdır. Məleykə xanım ilin əvvəlində beynəlxalq mükafat olan aypara və ulduz ordeni ilə də təltif olunmuşdu.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm