Nida.az
“Nezavisimaya qazeta”: “Moskva Bakını əsas partnyoru etməlidir”
Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, bu, Moskva ilə mehriban münasibətlərdən imtina etmək demək deyil.
Publika.az xəbər verir ki, Rusiyanın nüfuzlu “Nezavismaya qazeta” nəşri iki gün öncə Bakıda keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası haqqında belə yazıb.
Nəşr yazır ki, Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı
Avropa Birliyi və ABŞ-ın sanksiyaları fonunda iki ölkənin
əməkdaşlığı xeyirli gələcək vəd edir.
Məsələ ondadır ki, Rusiya BMD-də Azərbaycanın əsas ticarət partnyoru olaraq qalır. Misal üçün, ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 3,6 milyard dollardan çox olub. Bundan başqa, Azərbaycan Rusiyanın hərbi texnikalarının icracatçısıdır.
“ADEX-2014” sərgisində də Azərbaycan Rusiyanın hərbi məhsullarına
maraq göstərdi.
“Rosoboroneksport” Səhmdar Cəmiyyətinin baş direktorunun marketinq
üzrə müavini Sergey Qoreslavskonun sözlərinə görə, Azərbaycan Ka-52
(“Alliqator”) kəşfiyyat-zərbə vertolyotuna maraq göstərib.
“Azərbaycanın bu texnikaya faktiki marağı bizim üçün xoşdur. Artıq
bu ölkənin Mi-35M vertolyotu və Mi-15v-5 nəqliyyat-döyüş vertolyotu
var. Ka-52 bu şəraitdə daha da effektivlik əlavə edəcək”, - deyə o
bildirib.
Azərbaycan Cənubi Qafqazda Moskvanın əsas partnyoru ola bilər. NQ
hesab edir ki, Moskva bunun baş tutması üçün çalışmalıdır. Əks
təqdirdə, regionunda güc balansı pozulacaq.
Asif Nərimanlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB