Gözlər sentyabrın 20-nə dikilib: Bakı Aşqabadı razı sala biləcəkmi?
Bizi izləyin

Nida.az

Gözlər sentyabrın 20-nə dikilib: Bakı Aşqabadı razı sala biləcəkmi?

Sentyabrın 20-də Azərbaycan qazını Türkiyə vasitəsilə Cənubi Avropaya çıxaracaq TANAP-ın təməlqoyma mərasimi planlaşdırılır.


Təntənəli tədbirə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və BP-nin İtaliya, Yunanıstan və Bolqarıstan rəhbərliyində lobbiçiliyini etmiş Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin qatılacağı gözlənilir.


Bu layihə Azərbaycan üçün iqtisadi inkişafın yeni mərhələsi, həmçinin Avropa Birliyi ilə Bakının sıx tellərlə bağlanması deməkdir.

Qərb ekspertləri isə hesab edir ki, TANAP həmçinin, gələcəkdə Avropanı “rus qazı”ndan xilas edə bilər. Bu istisna deyil.


Publika.az xəbər verir ki, Rusiyanın “politrus” saytı bu məsələni araşdırıb.


Belə ki, TANAP-ın əsas mənbəyi olan “Şahdəniz-2”-də qazın illik həcmi 16 milyard kubmetr təşkil edəcək. Bunun 6 milyardı Türkiyəyə çatacaq. Yerdə qalan 10 milyard kubmetr qaz isə Avropaya göndəriləcək. Lakin təkcə İtaliyanın illik qaz ehtiyacı 80 milyard kubmetrə qədər hesablanır.


Təbii ki, Bakı qazının azlığını avropalılar da anlayır. Lakin burda perspektiv olaraq Türkmənistan qazının TANAP-a qoşulması amili var.

Hansı ki, qaz ehtiyatlarına görə, dünyada dördüncü yeri tutan Türkmənistanın şərq yataqlarında 26 trilyon kubmetrdən çox qaz ehtiyatı var.

Türkmən qazının TANAP-a qoşulması isə Türkmənistanın Qərb sahilindən Azərbaycanın Şərq sahilinə qədər olan Xəzərin dayaz olan yeri ilə 270 kilometr uzunluğunda boru kəməri çəkilməlidir. Bakı Aşqabadı buna inandırmağa çalışır.


Xəzərin dibi ilə qaz kəmərinin tikintisi üçün dənizin bütün ölkələrinin razılığı tələb olunur, həmçinin Rusiyanın. Hansı ki, Moskva türkmən qazının idxal və tranzitini həyata keçirir.


Türkmən qazının ixracı yollarının genişləndirilməsinə Çin də qarşı çıxır. Hərçənd Pekin bunu açıq formada nümayiş etdirmir. Bu günlərdə dördüncü boru kəmərinin- “Mərkəzi Asiya-Çin” kəmərinin tikintisinə start verilib. Bu kəmər Özbəkistan, Tacikistan və Qazaxıstandan keçəcək.


2013-cü ildə Çin Türkmənistandan 23 milyard kubmetr təbii qaz aldı. 2030-cu ilə qədər bu 230 milyard kubmetrdən artıq olacaq. Pekin Aşqabaddan özü üçün əlverişli qiymət qopardacaq. Buna görə də, Çin üçün də alternativ bazarların mövcudluğu arzuolunmazdır.

Həmçinin, Türkmənistan üçün Hindistan-Əfqanıstan-Pakistan variantı da var ki, Asiyada liderlik uğrunda Hindistanla rəqabət aparan Çin hind iqtisadiyyatına yardım edən layihənin reallaşması ilə razılaşmayacaq.
Çindən başqa, türkmən qazına İran da maraq göstərir.

Beləliklə, Avropanın çıxış imkanları azalır. Lakin faktiki olaraq, nəsə etmək lazımdır. Birinci mərhələ hazırdır, TANAP-ın təməlinin qoyulması ilə avropalıların ümidi artır. Lakin Bakı Aşqabadı razı sala biləcəkmi? İndi əsas məsələ budur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm