Bakıda 2 qadın intihar məqsədilə dərman içdi
Bizi izləyin

Qırmızı.az

Bakıda 2 qadın intihar məqsədilə dərman içdi

Bakıda iki qadın intihar məqsədi ilə dərman içərək intihar etmək istəyiblər.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisələrdən biri bu gecə 3-cü Alatava ərazisi, Cəlil Məmədquluzadə küçəsindəki evlərdən birində qeydə alınıb. 29 yaşlı qadın intihar məqsədi ilə xeyli sayda dərman qəbul edib.

O, Təcili Yardımın köməyi ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Onun səhhətinin ağırlaşdığını görən yaxınları təcili olaraq həkimə müraciət ediblər. Həkimlərin səyi nəticəsində gənc xanım Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib və həyatını xilas etmək mümkün olub.

İkinci hadisə isə Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib. Belə ki, qəsəbədə yerləşən Gilavar sanatoriyasının binasında məskunlaşan məcburi köçkün ailələrindən birində 28 yaşlı gənc xanım kəskin dərman zəhərlənməsi ilə həkimə müraciət edib. Həkimlərin səyi nəticəsində bu xanımın da həyatını xilas etmək mümkün olub.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm