Azərbaycan neftini 110 dollardan satıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycan neftini 110 dollardan satıb

Bu ilin yanvar-avqust aylarında 22 mln. 788,507 min ton neft ixrac edilib. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,6% azdır.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində ixrac edilən 13 mlrd. 129 mln. 80,77 min dollar neftin bəyan edilmiş həcmi 16 mln. 27,197 min ton təşkil edib. Göstəricilərə əsasən, yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 18 mln. 651,728 min ton (o cümlədən 1 mln. 465,087 min ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 2 mln. 823,248 min ton, Bakı-Novorossiysk neft kəməri ilə 678,728 min ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 634,802 min ton neft daşınıb.

DGK-dan bildirilib ki, yanvar-avqust aylarında Azərbaycandan 867 mln. 160,05 min dollar məbləğində 1 mln. 206,574 min ton neft məhsulu ixrac olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm