Almaniya ilə İngiltərə arasında “qana-qan” gecəsi
Bizi izləyin

İdman

Almaniya ilə İngiltərə arasında “qana-qan” gecəsi

Almaniya ilə İngiltərə arasında “qana-qan” gecəsi

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun oyunları davam edir.

Publika.az xəbər verir ki, birinci turun ikinci oyun günündə daha 8 qarşılaşma baş tutacaq. Matçlar E, F, G və H qruplarında keçiriləcək.

E qrupunda “Bavariya” ötən mövsümdən tanış olan rəqibi “Mançester Siti”ni, uzun müddət sonra yenidən ÇL-də görünən “Roma” isə ÇSKA-sını qəbul edəcək.

F qrupunda “Barselona” öz meydanında Kiprin APOEL klubunu sınağa çəkəcək. Qrupun digər oyununda Fransa nəhəngi PSJ Hollandiyada “Ayaks”la münasibətlərə aydınlıq gətirəcək.

G qrupunda “Çelsi” doğma meydanda “Şalke”ni, “Maribor” “Sportinq”i qəbul edəcək.

H qrupunda isə “Portu” evdə BATE , “Atletik” isə Donetsk “Şaxtyor”u ilə görüşəcək.

Çempionlar Liqası

1-ci tur

17 sentyabr

E qrupu

23:45. Bavariya (Almaniya) - Mançester Siti (İngiltərə)

23:45. Roma (İtaliya) - CSKA (Moskva, Rusiya)

F qrupu

23:45. Ayaks (Hollandiya) - PSJ (Fransa)

23:45. Barselona (İspaniya) - APOEL (Kipr)

G qrupu

23:45. Çelsi (İngiltərə) - Şalke (Almaniya)

23:45. Maribor (Sloveniya) - Sportinq (Portuqaliya)

H qrupu

23:45. Portu (Portuqaliya) - BATE (Belarus)

23:45. Atletik (İspaniya) - Şaxtyor (Ukrayna)

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm