Dünya
“Amma Kreml bunu unutmadı” – Avropa qorxu içində
Rusiya-Qərb qarşıdurmaları fonunda Moskvadan nüvə silahından istifadə ilə bağlı gələn təhdidlər heç də birmənalı qarşılanmır. Rusiyanın nüvə təhdidi Qərbin media quruluşlarının əsas mövzularından birinə çevrilib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, isveçli hərbi ekspert Mariya Jelomis Polşanın TVP telekanalının efirində bildirib ki, Rusiyanın təhdidləri ciddi qəbul olunmalıdır.
O, Rusiya prezidenti Vladimir Putinin avqust ayının ortalarında Krımda keçirdiyi müşavirəni xatırladıb. Belə ki, Putin milli maraqların müdafiəsi üçün nüvə silahını da tətbiq edə biləcəklərini dilə gətirmişdi.
“Sizi inandırıram ki, bizdə ən müasir silah, həmçinin hücum və müdafiə sistemləri var. Hazırda dünyanın başqa ordularında bunlar yoxdur. Hələ ki təfərrüatlar gizli qalmalıdır, amma vaxtı çatanda onlar açılacaq”, - Rusiya prezidenti söyləmişdi.
Müdafiə sahəsi üzrə ekspert, İsveç Milli Müdafiə Akademiyasının nümayəndəsi qeyd edib ki, dünya həqiqətən də mürəkkəb və təhlükəli bir ana yaxınlaşıb: “Avropa son 20 ildə Rusiya ilə qarşıdurma vəziyyətində deyildi, nüvə təhlükəsi tamamilə unudulmuşdu. Amma bunu Kreml unutmadı. Ruslar Avropa qarşısında strateji nüvə silahlarında böyük üstünlüyə malikdir. Bu isə təzyiqin əla aspektidir” - müdafiənin İsveç Milli akademiyasının nümayəndəsi dedi.
O həmçinin qeyd edib ki, nüvə zərbəsi inanılmaz ciddi ssenaridir.
Xatırladaq ki, Rusiya prezidentdən başqa Kreml xarici işlər naziri Sergey Lavrovun dilindən də Qərbə nüvə xəbərdarlığı etmişdi.
Ukraynanın Krıma silahlı hücumu və ya onun Ukraynaya qaytarılması barədə iddialara toxunan S.Lavrov “Mən heç kəsə bunu etməyi məsləhət görməzdim. Rusiyanın milli təhlükəsizlik doktrinasında bu cür hərəkətlərin hansı cavab tədbirləri ilə alınacağı çox aydın yazılıb” söyləmişdi.
Qeyd edək ki, Rusiyanın 2010-cu ildə qəbul etdiyi yeni hərbi doktrina ona nüvə silahından istifadə etməyə icazə verir. Hərbi doktrinada əks olunan milli təhlükəsizlik konsepsiyasına görə, Moskva genişmiqyaslı aqressiyaya cavab olaraq nüvə silahından birinci istifadə edə bilər.
Ömər Dağlı
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI