Rəsul Quliyevin yeni layihəsinin rəhbəri bəlli oldu- Açıqlama
Bizi izləyin

Nida.az

Rəsul Quliyevin yeni layihəsinin rəhbəri bəlli oldu- Açıqlama

O, Türkiyədə təhsil alıb, kifayət qədər siyasi savadı var. Əvvəlcə həmsədrlik, ya da sədrlik institutunun olmasını təklif etdik, lakin sonradan sədrlik institutu üzərində dayandıq. Pərviz bəylə də danışıqlar aparırdıq. Lakin bizimlə birlikdə olmaq şərti i


Gələcək Azərbaycan Partiyasının (GAP) sədrinin kim olması müəyyən olub. GAP Təşkilat Komitəsinin sədri Ağasif Şakiroğlu Publika.Az -a açıqlamasında bildirib ki, onlar sədr kimi Pərviz Kələntərlini görmək istəyirmişlər: “O, Türkiyədə təhsil alıb, kifayət qədər siyasi savadı var. Əvvəlcə həmsədrlik, ya da sədrlik institutunun olmasını təklif etdik, lakin sonradan sədrlik institutu üzərində dayandıq. Pərviz bəylə də danışıqlar aparırdıq. Lakin bizimlə birlikdə olmaq şərti ilə sədr olmağa razı olmadı. Qurultayda da namizəd olmayacaq. O, sədrin müavini statusunda fəaliyyətini davam etdirəcək”.

A. Şakiroğlu özünün sədr olmasına gəlincə, bildirib ki, belə bir fikirlər var, hətta partiyanın təqdimat mərasimində də belə bir fikir səsləndirilib: “Mən özümü digər partiya sədrlərindən bacarıqsızlıq hesab etmirəm. Təşkilatlanma işi aparmaq, universitetlərdə özəklər yaratmaq kimi bu günə qədər görülən işlər mənim təşəbbüsüm və dostların köməkliyi ilə həyata keçirib. Mən özümü heç də gücsüz hesab etmirəm. Amma namizədliyimi verib-verməməyim məsələsinə gəldikdə bu təşkilat komitəsində partiyanın təsisçilərinin istəyinə bağlıdır. Kim istəniləcəksə onun da namizədliyini vermək qərarı veriləcək. İndiki proseslərdə mənim namizədliyim təqdim edilib. Lakin bu hələ dəqiq deyil. Təsisçilərdən birinin mövqeyi belədir, lakin hər kəsin mövqeyi, fikirləri nəzərə alınacaq. Bu məsələ qurultaya 2 gün qalmış razılaşdırılacaq. Ümumiyyətlə bu, bir saat, yaxud yarım saat içində həll olunacaq məsələdir”.
GAP Təşkilat Komitəsinin sədri Milli Şuradan da onların partiyasına qoşulanların olacağını bildirib. Onun sözlərinə görə, Milli Şuranın üzvü Cəmil Hacıyev artıq GAP-dadır: “Bu normal haldır. Çünki Milli Şurada fərdi üzvlük var. Misal üçün Müsavat Partiyası qurumdan ayrılıb, lakin başqan müşaviri Tofiq Hüseynli qurumda qalıb. Ümumiyyətlə demokratik düşərgədən bizim partiyaya keçənlər olacaq. Lakin biz bununla bağlı mediada şou düzəltməyəcəyik. Çünki toplananların yerini dəyişəndə cəm dəyişmir. Demokratik düşərgədən bizim yanımıza gələnlər olanda biz arta onlarsa aza bilər, lakin ümumi heç nə dəyişmir. Demokratik düşərgə bununla güclənmir. Sadəcə olaraq biz daha çox siyasiləşməmiş narazı elektoratla işləyəcəyik”.

A. Şakiroğlu iddia edib ki, hakim Yeni Azərbaycan Partiyasından GAP-a keçənlərin sayı kifayət qədər olacaq. Onun sözlərinə görə, YAP-dan onların partiyasına keçənlərlə bağlı mediada məlumatlar veriləcək.
“Qarşıdakı aylarda şahidi olacaqsınız. YAP-dan sürətlə istefalar olacaq və istefa verənlər GAP-a gələcək. Digər partiyalardan GAP-a keçənlərlə bağlı şou düzəltməsək də, YAP-dan keçənlərlə bağlı ictimaiyyətə məlumatlar veriləcək. yaxın zamanlarda görəcəksiniz”-deyə GAP rəsmisi vurğulayıb.

Qeyd edək ki, GAP-ın adı həbsdə olan sabiq nazir Əli Həsənov, keçmiş deputat Hüseyn Abdullayev və hazırda Amerikada yaşayan eks-spiker Rəsul Quliyevlə bağlanır. Lakin A. Şakiroğlu belə olmadığını, bunu dəfələrlə təkzib etdiklərini bildirib.

Bu ehtimalların yaranmasına ən böyük səbəb isə A. Şakiroğlunun R. Quliyevin Azərbaycanda rəsmi nümayəndəsi olmasıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm