Müsavatda avtoritarizm, dəstəbazlıq, yaltaqlıq var? - Şok iddia
Bizi izləyin

Nida.az

Müsavatda avtoritarizm, dəstəbazlıq, yaltaqlıq var? - Şok iddia

Müsavat başqanlığına namizəd Səxavət Əlisoy müsavatçılığa tərs olan məsələləri açıqlayıb.


Publika.az xəbər verir ki, başqanlığa namizəd bildirib ki, müsavatçılığa qeyri-şəffaflıq, avtoritarizm, populizm, regionçuluq, dəstəbazlıq, yaltaqlıq, saxtakarlıq, psevdopatriotizm, siyasi səbatsızlıq, bisavadlıq ziddir.


“Qurultay yenilənmiş Müsavatı ərsəyə gətirəcəyi halda az və ya çox dərəcədə yoluxduğu bu infeksiyalardan xilas ola bilər”, - deyə o bildirib.

Qeyd edək ki, S. Əlisoy bundan əvvəl yenilənmişı Müsavata ehtiyac olduğunu açıqlamışdı. O, başqan İsa Qəmbərə sərt sözlər deyərək bildirmişdi ki, Müsavat Partiyası yenilənməyə məhkumdur: “11 il əvvəl Müsavat iqtidar olmağa çox yaxın idi və bütün müsavatçılar hakimiyyət barəsində düşünürdü. Bu gün Müsavat qurultayını keçirmək üçün iqtidardan yer ala bilmir. 11 il əvvəl partiyanın hər rayon təşkilatında 300-500 və daha çox müsavatçı cəm olmuşdu, özək və şura iclaslarında qızğın müzakirələr gedirdi. Bu gün bəzi rayon təşkilatlarında könüllü olaraq sədrliyə yaxın duran tapılmır. 11 il əvvəl Müsavatda dəstə, qrup mənafeyi önə çəkilmirdi, partiya bütöv görünürdü, bugünkü duruma qiymət vermək üçün sosial şəbəkələrdə müsavatçıların yazdıqlarına baxmaq kifayət edər... Nədən bu günə düşdük, haradan hara gəldik, populizmdən uzaq durub məhz bunu müzakirə etmək gərəkdir, dostlar.

Mən də etiraf edirəm, Müsavatın liderdən yana problemi olmayıb, İsa Qəmbəri bu partiyada hər kəs lider kimi qəbul edib və edir. Eyni zamanda, bugünkü duruma görə İsa bəy də daxil cümlə müsavatçılar, ən başda isə komanda məsuliyyət daşıyır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm