Qırmızı.az
Təhsil İdarəsi səyyar qəbullara başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirməyə başlayır. İlk səyyar qəbul sentyabrın 19-da Nəsimi və Qaradağ rayonları üzrə keçiriləcək.
Bu barədə Publika.az-a BŞTİ-dən məlumat verilib
Nəsimi rayonu üzrə 1 saylı məktəbdə keçiriləcək səyyar qəbula 1, 8, 16, 44, 46, 133 saylı məktəblərin və 6 №-li Uşaq Gənclər Güləş Məktəbi, 25 №-li Uşaq Yaradıcılıq Mərkəzi, 46 №-li Məktəbdənkənar Tərbiyə işi Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.
Sentyabrın 19-da Qaradağ rayonu üzrə 319 saylı məktəbdə
keçiriləcək səyyar qəbula isə Sahil qəsəbəsində yerləşən 228, 253,
273, 319, Ümid qəsəbəsində yerləşən 294, Sənqaçal qəsəbəsində
yerləşən 222 saylı məktəblərin və 19 № li Uşaq – Gənclər İdman
Məktəbinin müəllim və valideynləri müraciət edə bilərlər.
Sentyabrın 20-də Pirallahı rayonu üzrə 243 saylı məktəbdə
keçiriləcək səyyar qəbula Pirallahı və Çilov qəsəbələrində yerləşən
131, 168, 186, 235, 243, Zirə qəsəbəsində yerləşən 122, 120, 241,
324, Gürgan qəsəbəsində yerləşən 231 saylı məktəblərin və 29 №li
Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə
bilərlər.
Səyyar qəbullar saat 10:00-da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.
Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilatı və maarifləndirmə tədbirləri görüləcək.
Gülxar
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir