ABŞ Afrikaya 3 min hərbi personal göndərəcək
Bizi izləyin

Dünya

ABŞ Afrikaya 3 min hərbi personal göndərəcək

ABŞ Qərbi Afrika ölkələrində müşahidə edilən Ebola virusu ilə bağlı aparılan mübarizə çərçivəsində həmin bölgələrə yardım kampaniyasına başlamağı planlaşdırır. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ Afrikaya həm tibbi personal, həm də ləvazimatlar göndərəcək.

ABŞ-ın Liberiya rəhbərliyi ilə paytaxt Monroviada ortaq bir idarə mərkəzinin yaratması planlaşdırılır.

Üç min hərbi personalın iki həftə ərzində bölgədə olacağı təxmin edilir. ABŞ Afrikada yayılan ebola virusunun qarşısını almaq, ölümlərin sayını azaltmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatını cümə axşamı xüsusi iclas keçirməyə dəvət edib.

Qeyd edək ki, artıq Ebola peyvəndi insanlar üzərində tətbiq edilməyə başlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Ebola Afrikada 2400 nəfərin ölümünə səbəb olub, 4784 nəfər xəstəliyə yoluxub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm