Xəzərin hərbi təhlükəsizliyi üzrə konfrans başlayıb
Bizi izləyin

Dünya

Xəzərin hərbi təhlükəsizliyi üzrə konfrans başlayıb

Qazaxıstanın Aktau şəhərində "Xəzərdə beynəlxalq əməkdaşlığın paradiqmaları: hərbi-siyasi aspekt" adlı dördüncü beynəlxalq konfrans işə başlayıb.

Publika.az-ın newskaz.ru saytına istinadən verdiyi məlumata görə, konfransda xəzəryanı dövlətlərin hərbi əməkdaşlığı, mübahisəli problemlərin dinc yolla həlli, Yaxın Şərq, Qafqaz və Əfqanıstan məsələləri, həmçinin təhlükəsizliyinin regional aspektləri müzakirə ediləcək.

Konfransın iştirakçıları vurğulayıblar ki, Ukrayna böhranı beynəlxalq münasibətlərdə keçid dövrünün sonunu bildirir və müasir dünyanın real geosiyasəti formalaşmaqdadır. Bu baxımdan da Mərkəzi Asiya, Qafqaz, Orta Şərq və Rusiyanın cənubunda baş verən siyasi proseslərin müzakirəsin əhəmiyyətli olduğu qeyd olunub.

Konfransda Azərbaycan nümayəndələri də iştirak edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm