Biri Messini ötdü, biri tarixə düşdü
Bizi izləyin

İdman

Biri Messini ötdü, biri tarixə düşdü

Biri Messini ötdü, biri tarixə düşdü

Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo yaşıl meydanlardakı ən böyük rəqibi Lionel Messini geridə qoyub.

Publika.az xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə matçda (5:1) fərqlənib və bu turnirdə vurduğu qolların sayını 68-ə yüksəldib.

Komandasının 3-cü qoluna imza atan Ronaldo aktivində 67 qol olan Messini keçib. Hazırda o, ÇL tarixində ən çox qol vuran ikinci futbolçudu.

Qeyd edək ki, siyahının ilk pilləsində 71 qolla "Real"ın sabiq futbolçusu Raul Qonzales dayanır.

“Bazel”lə oyunda "Real" həm də Çempionlar Liqasında 1000-ci qolunu vurub. Madrid təmsilçisinin yubiley qolunun müəllifi Kərim Benzema olub. Fransız hücumçu 80-ci dəqiqədə fərqlənərək adını tarixə yazdırıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm