Bilgi.az
Nişanlısını toydan qabaq itirən gəlinin vida Fotosessiyası
Gəlin toylarından bir neçə həftə əvvəl, ani bir ölümlə itirdiyi nişanlısına fotosessiya hazırlayıb.
Teleqraf.com-un Türkiyə
mətbuatına istinadən verdiyi xəbərə görə , gəlin "vida" fotolarında
məhəbbətin belə böyük bir fəlakətdən sonra nəyə bənzədiyini izah
etməyə çalışıb.
1. Toydan təxminən 2 ay əvvəl, Caninenin nişanlısı Conni faciəli
şəkildə vəfat edib. Canine sevgilisini yad etmək üçün toya aldığı
gəlinliklə fotosessiya etdirmək qərarı verib.
2. Taleyi ilə barışmağa çalışan qadın gəlinliklə Meksika sahilində
fotosessiya etdirmək istədiyini deyib.
3. Canine toy üçün hazırlanmış əl işi olan gəlinliyin artıq
xoşbəxtliyi deyil, böyük itkinin acısını xatırladan simvol olduğunu
bildirib.
4. Fotoqraf Met Adkok karyerası boyunca başqa heç bir hadisədən
bu qədər ilham almadığını dilə gətirib.
5. "Caninenin hekayəsini eşitdikdən sonra, əlimdən gələnin ən yaxşısını edərək ona heyranedici bir macəra yaratmaq istədim": Adkok deyib.
6. Canine bloqundakı yazısında çəkilişlər zamanı nişanlısının ona
gülümsəyərək baxdığını yazıb.
7. Canine : "Həyatıma davam edib dünyanı kəşf etmək, yaşadığımı
bölüşə biləcəyim insanlarla tanış olmaq istəyirəm. Çəkilişdən sonra
bunun mümkün ola biləcəyini hiss etdim" deyib.
8. O, yaxınlarını itirənlərə də məsləhət verib : "Qəlbinizi
dinləyin".
9. "Əzab çəkirsən və gələcəkdə nə edəcəyinə qərar vermək üçün
zamana ehtiyacın olur".
10. "Ağlamağa və tək qalmağa (çox deyil) haqqınız var. Ailəniz
və dostlarınız yanınızdadırsa, kürəyinizi onlara söykəyin".
11. "Çəkilişlər zamanı çox yaxşı vaxt keçirmişəm. Əslində,
Connini itirdiyimdən sonra ilk dəfədir ki belə əylənirəm".
12. "Kömək əlinizi uzadın və heç vaxt hərəkətləriniz üçün üzr istəməyin, çünki güclüsünüz və ən yaxın zamanda bununda öhdəsindən gələcəksiniz"
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!