Nida.az
“Xəzər potensial münaqişə obyektidir”- Regiona təhdidlər gündəmdə
Bu gün Qazaxıstanın Aktau şəhərində “Xəzərdə beynəlxalq əməkdaşlığın paradiqmaları: hərbi-siyasi aspekt” mövzusunda dördüncü beynəlxalq forum işə başlayıb.
Publika.az xəbər verir ki, forumun təşkilatçısı “Caspian Bridge”
informasiya-analitik mərkəzinin rəhbəri Aleksandr Knyazev bildirib
ki, Azərbaycanı, İranı, Qazaxıstanı, Rusiyanı və Türkmənistanı
birləşdirən Xəzər regionu Avrasiya və dünya geosiyasətinin,
geoiqtisadiyyatının ən əhəmiyyətli düyünlərindən biridir.
“Xəzər regionu su hövzəsində yerləşən ölkələrin müxtəlif siyasi
sistemlərini birləşdirir, müxtəlif sivilizasiyaları qovuşdurur.
Həmçinin, Xəzər dünya oyunçularının maraq dairəsindədir. Bu
baxımdan, bura potensial münaqişə obyektidir”, -deyə o
bildirib.
Onun sözlərinə görə, Ukrayna böhranı beynəlxalq münasibətlərin
qlobal sistemində keçid dövrünün sonunu gətirir və buna paralel
olaraq müasir dünyanın yeni sabitlik elementləri formalaşır: “Bu
kontekstdə Xəzər regionu, Mərkəzi Asiya, Qafqaz, Orta Şərt və
Rusiyanın cənubunun inkişafı üçün əsas paradiqmalara yenidən baxmaq
gərəkdir”.
Qeyd edək ki, forumda geosiyasi dəyişikliklər kontekstində ən yaxın
və orta perspektivdə Xəzər regionu üçün əsas təhdidlər və risklər,
regionun bu təhdid və risklərə əks-reaksiyasının hazırlığı, “Xəzər
beşliyi”nin hərbi-siyasi prioritetlərinin regionun təhlükəsizliyi
istiqamətində cəmləşdirilməsi məsələləri müzakirə olunacaq.
Bununla yanaşı, forumda Xəzəryanı dövlətlərin hərbi əməkdaşlığı,
Yaxın Şərq, Qafqaz, Əfqanıstan münaqişələrinin təsirindən yan
keçmək, həmçinin, informasiya təhlükəsizliyinin regional aspektləri
masaya səriləcək.
Asif Nərimanlı
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!