Obyektlərin 1 kvadratmetrinin icarə haqqı 19 dollardır – Açıqlama
Bizi izləyin

Ekopublika.az

Obyektlərin 1 kvadratmetrinin icarə haqqı 19 dollardır – Açıqlama

Alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı -26.0 % azalaraq 223 ədəddən 165 ədədə enib.

Eləcə də bağlanan əqdlərin sayı may ayına nisbətən iyun ayında -3.48% azalaraq 111 ədəd təşkil edib.

Bunu kommersiya obyektləri bazarı ilə bağlı şərhində Publika.az-a iqtisadçı-ekspert Nüsrət İbrahimov bildirib. O qeyd edib ki, daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb: “Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində -26.0% azalaraq 223 ədəddən 165 ədədə enib. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı may ayına nisbətən iyun ayında -3.48% azalaraq 111 ədəd təşkil edib.

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 55%-lə “boş yer” təyinatlı sahələr malik olub. Bu tip obyektlər o obyektlərdir ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza, xidmət təyinatı altında istifadə oluna bilərlər. Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 20% və 9.7% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 8.48%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 7.27%-nə malikdirlər. Qeyri-yaşayış obyektlərinin orta sahəsi iyun ayı üçün 131.11 kv.m təşkil edib. Bu da öz növbəsində ötən aya nisbətən -38.68% azalma deməkdir. Azalmanı əmlak bazarında böyük sahələrə malik tikili obyektlərin satış təklifinin azalması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Abşeron rayonunda, Xırdalan şəhərində boş yerdə qeydə alınıb – 3000 kvadratmetr, ən kiçik sahə isə Nəsimi rayonunda, Nizami metrostansiyası yaxınlığında 12 kvadratmetr sahəyə malik olan yerdə qeydə alınıb”.

N.İbrahimov bildirir ki, əvvəlki aylarla müqayisədə, cari ilin iyun ayı ərzində kommersiya obyektləri satışı bazarında müşahidə edilən dinamika orta qiymətə təsirsiz ötüşməyib: “Məsələn, iyun ayı üçün bazarda orta satış qiyməti əvvəlki ayla müqayisədə -8.2% azalaraq 4021 $/kv.m təşkil edib. May ayına nisbətən iyun ayında aktivliyin azalması, obyektlərin satışının ekspozisiya müddətinin 3,0% artmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 146 gün təşkil edib.

2014-cü il iyun аyındа qеyri-yаşаyış sаhələrinin аlqı-sаtqısı qiymətlərində azalma ilə yanaşı, obyektlərin icаrəsi bаzаrındа da -1,0% azalma müşаhidə еdilib. Bаkı şəhəri üzrə 1 kv.m qеyri-yаşаyış sаhəsinin оrtа qiyməti (təklif üzrə) qеydə аlınаn 4380 $/kv.m-dən azalaraq 4021$/kv.m, icarə qiymətləri isə 20.09 $/kv.m/ay azalaraq 19.89 $/kv.m/ay təşkil edib. İyun ayında qiymət indeksi ötən ilin müvafiq ayına nəzərən isə artıb”.

Ekspert deyir ki, qiymətlərin son iki ayda azalması əsasən təklif portfelində seqment dəyişikliyi və bazarın ümumi tendesiyası ilə izah olunur: “Ümumilikdə son iki ayda qiymətlərdə və bazarın aktivliyində azalma müşahidə olunsa da, iyun ayında may ayına nisbətən daha çox azalma müşahidə edilib.

Qеyri-yаşаyış sаhələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə qiymətlər:

Sahələr

may 2014

iyun 2014

%

mağaza

4409

4499

2.04%

yеr

4318

4184

-3.10%

xidmət

3976

3802

-4.38%

оfis

2619

2590

-1.11%

zirzəmi

1014

1026

1.18%

sənаyе

667

672

0.75%

ortа qiymət

4380

4021

-8.20%

Zonalar üzrə obyektlərin icarə qiymətləri:

Zonalar

may 2014

iyun 2014

%

I zona

23.11

20.7

-10.4%

II zona

18.52

22.44

21.2%

III zona

17.46

14.16

-18.9%

IV zona

8.13

8.1

-0.4%

Ortа qiymət

20.09

19.89

-1.00%

seqmentlər

may 2014

iyun 2014

artım/azalma, %

mağaza

33.81

33.54

-0.80

yеr

22.83

20.54

-10.03

xidmət

17.60

16.00

-9.09

оfis

22.2

18.0

-18.72

zirzəmi

4.8

5.1

5.63

sənаyе

4.82

4.85

0.62

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm