İŞİD-in Mosul koordinatoru öldü
Bizi izləyin

Dünya

İŞİD-in Mosul koordinatoru öldü

ABŞ ordusu paytaxt Bağdadın cənub-qərbi ilə Ərbilin şimal-qərbindəki İŞİD hədəflərinə beş hava hücumu təşkil edib. Bu hücumlarda İŞİD-in Mosul koordinatoru həlak olub.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, ABŞ ordusu İraqdakı İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı hədəflərini vurmağa davam edir.

ABŞ Mərkəzi Qüvvələrindən (CENTCOM) verilən açıqlamada ABŞ qırıcılarının paytaxt Bağdadın cənub-qərbi ilə Ərbilin şimal-qərbindəki İŞİD hədəflərinə beş hava hücumu təşkil etdiyi bildirilib. Ərbilin şimal-qərbindəki iki hücumda İŞİD-ə aid silah dolu maşının və bir istehkamın məhv edildiyi, Bağdadın cənub-qərbindəki üç hücumda isə terror təşkilatına aid yük avtomobili, təyyarədən müdafiə sisteminin, Fərat çayındakı iki kiçik qayığın və kiçik bir İŞİD qrupunun məhv edildiyi bildirilib.

Daha sonra əməliyyatda iştirak edən bütün qırıcılar təhlükəsiz bir şəkildə bölgədən uzaqlaşıblar.

CENTCOM ABŞ ordusunun indiyədək İraq daxilində 167 hava hücumu təşkil etdiyini açıqlayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm