Latviya nəşri: “Qarabağ separatçıları Donetskə Rusiya tərəfindən döyüşə gedir”
Bizi izləyin

Nida.az

Latviya nəşri: “Qarabağ separatçıları Donetskə Rusiya tərəfindən döyüşə gedir”

“Biz artıq Donetsk kömür hövzəsinə doğru irəliləyirik. Rusiyanı müdafiə etməyə gedirik”.


Publika.az xəbər verir ki, bu sözləri Latviyanın “Spektr.lv” nəşrinə Qarabağda azərbaycanlılara qarşı azğın hərəkətlər etmiş Qarabağ ermənisi deyir.

- Hərçənd bu, təəccüblü deyil, - deyə Latviya nəşri yazır.

Çünki tanınmamış, xüsusilə separatizm üzərində yaradılan qondarma respublikalarda dünyanın istənilən yerində baş verən separatizmə simpatiya var. Bu mənada Ukraynanın cənub-şərqi belə simpatiyaların cəzbedici mərkəzinə çevrilib bura bir çox separatçı məkandan, Cənubi Osetiya və Qarabağdan da gələnlər var. Onlar Rusiyanı müdafiə edir, buna inanırlar və guya müstəqilliyə dəstək adı altında müharibə aparırlar.

Ukrayna məcbur edir ki, post-sovet məkanında bəzi münaqişələrin anatomiyasına nəzər salaq.

Misal üçün, Cənubi Osetiya: osetinlər həmişə ürəklərində hiss edirdilər ki, onlar fərqlidirlər. Digər tərəfdən, buranın Qafqaz və Rusiya ilə birləşmə yolundan yerləşməsi şanslarını yüksəltmişdi. Abxaziya isə bir qədər fərqlidir. Tiflis Abxaziyanı Qərbdən təcrid etdi və nəticədə, onlar Moskvaya üz tutdular.

Lakin bütün bunları Qarabağa şamil etmək çətindir. Qarabağ təkcə Yerevandan asılı olması ilə fəxr etmir. Onlar həm də Rusiyadan asılıdır. Buranın müstəqil olmaq üçün heç nəyi yoxdur. müharibədə özləri bu regionu dağıdıb bərbad günə qoydular. Bu gün təkcə istirahət turizmi ilə pul qazana bilirlər, lakin bu da kifayət etmir. Hər şey Rusiyadan göndərilən pul hesabına həll olunur. Hansı ki, bu pul Yerevana, ordan da bura gəlir. Bəzən populistcəsinə müstəqillikdən danışır bu, prinsip etibarilə mümkün deyil, amma özləri də çox zaman buna inanmır. Bura əvvəlcə Ermənistanın, ondan sonra da Rusiyanın forpostudur.

Nəşr yazır ki, bu gün Qarabağda, Abxaziyada və Cənubi Osetiyada hələ də romantiklər var. Onlar inanırlar ki, düz yoldadırlar.


Amma əgər inkişafın səddini Yerevan və Moskva təyin edirsə, Suxumidə və Xankəndində yalnız hakimiyyəti bölmək qalır. Misal üçün, Abxaziyada seçki rəqabəti görünsə də Qarabağda bu əksinədir. Burda Yerevandan təyinat gəlir.

Abxaz məmurlardan biri etiraf edir ki, Ukraynadan sonra onların sonudur. Abxaziyada inanırlar ki, onlara tam müstəqilik verəcək prezident seçilsə də, bir neçə gün belə hakimiyyətdə qala bilməz.

Qarabağda da hamı əmindir ki, əgər “de-yure” Ermənistanın tərkibinə girəcəklərsə, sabahısı mübarizə başlayacaq.


Artıq onlar eyni vəziyyətə öyrəşib. Ona görə də təsəllini Donestkdə separatçılara dəstək verməkdə görürlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm