Monitorinq insidentsiz başa çatdı
Bizi izləyin

Qırmızı.az

Monitorinq insidentsiz başa çatdı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 17-də Goranboy rayonu Gülüstan kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik-leytenant Tuncay Sevim keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik Markus Uidmer keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm