Şotlandiya bu ölkələrin başına oyun aça bilər – Siyahı
Bizi izləyin

Dünya

Şotlandiya bu ölkələrin başına oyun aça bilər – Siyahı

Şotlandiya və Böyük Britaniya üçün tarixi gün yetirişir. Sabah keçiriləcək müstəqllik referendumu 24 mart 2016-cı ildən etibarən dünya birliyinin müstəqil üzvünə çevirə bilər.

Ancaq ekspertlər hesab edir ki, Şotlandiyada keçiriləcək referendumun hansı nəticəsinin olmasına baxmayaraq, bu hadisə Avropanın siyasi xəritəsində ciddi dəyişikliklərin əsasını qoya bilər. Ekspertlər Avropanın problemli regionlarında artıq mərkəzdənqaçma meyllərinin gücləndiyini diqqət çəkirlər. Məsələn, Kataloniya və Basklar Ölkəsi (İspaniya), Korsika (Fransa) və Şimali İtaliya.

Kataloniya

Kataloniyada Şotlandiyada keçiriləcək referendum onlarv üçün real presedent hesab edirlər. Kataloniyanın müstəqilliyi üçün bələdiyyələr Assosiasiyasının prezidenti Xosep Mariya Vila Dabadal qeyd edib ki, onlar Şotlandiya baş verənləri diqqətlə müşahidə edəcəklər. O, əlavə edib ki, analoji addımın Kataloniyada atılması 9 noyabr 2014-cü il tarixinə planlaşdırılır.

Kataloniya muxtariyyətinin hakimiyyəti 9 noyabrda referendum keçirmək niyyətindədir. Lakin referendumun ümumxalq səsvermə formasında keçirilməsi də istisna edilmir. İspaniyanın konstitusiya məhkəməsi artıq referendumu qeyri-qanuni olduğunu bəyan edib. İspaniya baş naziri Mariano Raxoy və hökumətin üzvləri dəfələrlə bildirib ki, referendumun nəticələrini tanımayacaqlar.

Basklar Ölkəsi

Basklar Ölkəsinin parlamentində ən böyük fraksiya olan bask millətçilərinin deputatı İnyaki Aqirre hesab edir ki, Şotlandiya təcrübəsindən istifadə olunmalıdır. Amma İ.Aqirre etiraf edir ki, son vaxtlar Kataloniya və Şotlandiyanın fonunda Basklar Ölkəsinin müstəqilliyi haqqında planlar ikinci plana keçib. “İqtisadi böhrandan çıxmaq və sülhün möhkəmləndirilməsi hökumətimiz üçün son dərəcə əhəmiyyətlidir. Amma şübhəsiz ki, yeni siyasi status haqqında danışıqlar da hökumətin prioritetidir”, -o, deyib.

Korsika

Korsika parlamentindəki “Corsica Libera” qrupunun başçısı Jan-Qi Talamoni hesab edir ki, Şotlandiyanın müstəqillik əldə etməsi eyni məıqsəd üçün mübarizə aparan Korsika adası ətrafındakı vəziyyətə də son dərəcə pozitiv təsir göstərəcək.

Korsikada Şotlandiyada baş verən prosesləri çox diqqətlə müşahidə edirlər. “Biz bu ölkələrlə daim əlaqədəyik və bu regionların müstəqilliyinə dəstək olaraq beynəlxalq kampaniyalarda iştirak edirik”, - Talamoni qeyd edib.

Cəmi bir neçə il əvvəl Şotlandiya və Kataloniyanın yeni status aldığını, hazırda isə müstəqillik haqqında məsələni həll etdikləyini deyən deputat bildirib ki, Korsika da xüsusi statusun alınması üzərində işləyirik. O, ən yaxın illərdə müstəqillik haqqında müzakirələrə başlayacaqlarını vurğulayıb.

Aralıq dənizindəki Korsika adası tarixi boyu əldən-ələ keçib. 1755-ci ildə müstəqil Korsika respublikası elan edilsə də, 1768-ci ildən Fransanın tərkibindədir. Uzun illər müstəqilliyi üçün mübarizə aparan Korsika bu vaxta qədər xüsusi statusu belə əldə edə bilməyib.

Veneto bölgəsində

İtaliyanın şimal hissəsinin müstəqilliyi dəstəkləyən “Şimal Liqası" Partiyasında ümid edirlər ki, Şotlandiya 18 sentyabr referendumdan sonra müstəqil dövlət olacaq. Partiyanın milli katibi Matteo Salvini Şotlandiyakı referendumundan bir neçə gün sonra - 21 sentyabrda Veneto bölgəsinin Çittadella şəhərində böyük konfrans keçiriləcəyini bildirib.

Qeyd edək ki, VII əsrin sonunda qurulan Venesiya Respublikası 1100 il müstəqil olduqdan sonra 1797-ci ildə Napoleon tərəfindən fəth edilərək müstəqilliyini itirmiş, 1866-cı ildə da İtaliya Krallığına birləşdirilmişdi. Bu ilin mart ayında qeyri-rəsmi bir referendum təşkil edilib. Qırx ildən çoxdur ki, müstəqillik ideologiyasının üstünlük təşkil etdiyi 5 milyon əhalisinin olduğu bölgə vətəndaşlarına “Venetonun müstəqil və suveren bir federal respublika olmasını istəyirsinizmi?” sualı verilmişdi. İnternet vasitəsilə aparılan səsvermədən 89 faiz “bəli” çıxmışdı.

Keçmiş şəhər dövlətlərinin birləşməsindən ibarət olan İtaliyada hələ də bir çox bölgədə separatçı siyasətlər dəstək alır. Xüsusilə ölkənin şimalındakı zəngin bölgələrdə cənubdakı kasıb bölgələrin yükünü daşıdıqları haqda rəy geniş yayılıb. Mərkəzi Roma hökumətinin bölgələrdən gələn gəlirləri istifadə etmə şəkli də buna təsir edir.

Ölkənin ən zəngin bölgələrindən biri olan Venetoda adam başına düşən milli gəlir təxminən 30 min avrodur. Başlıca gəlir qaynaqları turizm, sənaye və ticarət olan bölgəyə ildə 60 milyondan çox turist gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm