BQXK Azərbaycandakı erməniyə baş çəkdi
Bizi izləyin

Qırmızı.az

BQXK Azərbaycandakı erməniyə baş çəkdi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda keçmiş Ermənistan vətəndaşına baş çəkib.

Bu barədə Publika.az-a Komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 16-da Ermənistandan Qazax rayonu ərazisinə keçmiş şəxsə baş çəkilib. Onun barəsində ailəsi üçün məlumat çatdırılıb.


Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 53 yaşlı Sarkis Ananyan avqustun 26-sı Qazaxın Kəmərli kəndi istiqamətindən könüllü olaraq Azərbaycan tərəfə keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm