Nida.az
Siyavuş Novruzov: “Min nəfərlik zal istəyirlər, 1000 manatlarından keçmirlər”
“Müsavatın 1000 manatı yoxdur ki, yer pulunu ödəyib qurultay
keçirsin”.
Publika.az-a açıqlamasında bu barədə Yeni Azərbaycan Partiyasının
(YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Qeyd edək ki, Müsavat Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) onlara
təklif etdiyi Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin icarə
haqqına etiraz edib.
Müsavat başqanının müavini Gülağa Aslanlı simsar.az-a açıqlamasında deyib ki, Mədəniyyət evinin icarəsi üçün bir saata 220 manat istənilir: “Burda saatın sayı artanda qiymət düşmür. Sonuncu məlumata görə, hətta Kempinsk Hotelinin bir saatı 270 manatdır. Sonrakı saatların sayı artanda qiymət azalır. Burda isə deyirlər ki, saatların sayı 220-yə vurulacaq”.
S. Novruzov isə Müsavatın bu yanaşmasını bəhanə hesab edir. Onun
sözlərinə görə, onlar qurultay keçirməkdə maraqlı deyillər:
“Birincisi, qurultayda hansısa namizəd məğlub olsa, qurultaydan
sonra onunla birgə komandası partiyanı tərk edəcək. Yəni istefalar
qaçılmazdır. İkincisi də, İsa Qəmbərin hələ də həvəsi var ki,
başqan özü olsun. Ona görə də belə bəhanələrlə qurultayı uzadırlar.
İşləri-gücləri də ancaq bəyanat verməkdir”.
S. Novruzov qeyd edib ki, qurultay iki, yaxud da dörd saat ola
bilər: “Bu da 220 manatdan 1000 manata qədər pul edir. Min nəfərlik
zal istəyirlər, amma 1000 manatlarından keçmirlər”.
YAP rəsmisi hansı namizədin iqtidara sərfəli olduğunu da şərh
edib.
“İqtidar üçün Müsavatda kimin namizəd olacağı maraqlı deyil. Bu,
onların daxili işləridir, kimi istəyirlər seçsinlər”, - deyə S.
Novruzov bildirib.
Asif Nərimanlı
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı