Müxalifətdə yeni siyasi ittifaq yarandı
Bizi izləyin

Nida.az

Müxalifətdə yeni siyasi ittifaq yarandı

Azərbaycan Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Azad Demokrat, Azərbaycan Liberal partiyaları yeni ittifaq yaradırlar.


Publika.az-a açıqlamasında bu barədə AMİP sədri Yusif Bağırzadə məlumat verib.


Onun sözlərinə görə, ittifaqın adı “Avropa seçimi” olacaq.


“Hər bir partiyada daxili müzakirələr gedəndən sonra dəqiq qərar veriləcək. Yaxınlarda KXCP Ali Məclisində sözügedən məsələ müzakirə olunacaq. İttifaqı yaratmaqda məqsəd Azərbaycanın Avropaya inteqrasiyasını daha da intensivləşdirməkdir. 4 partiyanın hamısının nizamnaməsində Azərbaycanın Avropaya yaxınlaşmaq modeli var. İttifaqda lokomotiv rolunu AMİP oynayacaq. Çünki bizim Avropa təşkilatları ilə çox sıx əlaqələrimiz var”.


Sözügedən partiyaların Demokratik Qüvvələr Birliyində təmsil olunduğunu xatırladan Y. Bağırzadə qeyd edib ki, qurum iclasları yay aylarında təxirə salınıb: “Sülhəddin Əkbər Azad Demokrat Partiyasının yaranması və qeydiyyatı ilə məşğul olduğundan DQB-nin iclasları bir qədər ləngiyirdi.

Ramazan ayı və istilərin də təsiri oldu. Fikrimiz var ki, yaxın günlərdə bu fəaliyyətimizi bərpa edək. Qurumu yaradanda fikirləşdik ki, siyasi təşkilatlarla əməkdaşlıq edək, əgər bu, davamlı olarsa, əməkdaşlıqdan tərəfdaşlığa keçək. Tərəfdaşlıqdan sonra isə strateji müttəfiqlik etmək istəyirdik. DQB-də bütün siyasi təşkilatların rəhbərləri ilə görüşümüz oldu. Qərara aldıq ki, qurum çərçivəsində əməkdaşlıqdan tərəfdaşlığa keçilə bilər”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm