Amerikalı həmsədr Yerevanda bərbərə də gedib - Fotofakt
Bizi izləyin

Nida.az

Amerikalı həmsədr Yerevanda bərbərə də gedib - Fotofakt

Hazırda Yerevanda olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin maraqlı fotosu yayılıb.


Publika.az xəbər verir ki, sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən yayılmış fotodan görünür ki, Uorlik Yerevanda bərbərə getməyə də vaxt tapıb.


Belə ki, amerikalı həmsədr Yerevanda saçlarına əl gəzdirmək qərarına gəlib və qarşısına çıxan ilk bərbərxanaya daxil olub. Fotodan da məlum olur ki, Uorlik istəyinə nail olub.


Fotodan erməni bərbərlərin amerikalı diplomata özlərinə məxsus formada xidmət göstərdikləri görünür.


Qeyd edək ki, Ermənistanda prezident Sərkisyanla da görüşən Uorlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasında bildirib ki, münaqişəyə 3 əsas prinsip çərçivəsində yanaşmaq lazımdır.


“Bura güc tətbiq etməmə, ərazi bütövlüyü, həmçinin xalqların öz müqəddəratını təyinetmə hüququ daxildir. Nizamlanma bütün prinsiplərə əsaslanmalıdır. Həmsədr ölkələr davamlı tənzimləməyə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəklər”, - deyə o bildirib.

NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Uels sammiti haqda da danışan amerikalı həmsədr bildirib ki, Şimali Alyans münaqişənin həllinə maraq göstərir. Onun sözlərinə görə, NATO bəyannaməsi BMT nizamnaməsi və Helsinki Yekun Aktına əsaslanır.


Xatırladaq ki, NATO-nun Uels sammitində qəbul olunan bəyannamədə 3 əsas prinsipində ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə üstünıük verilib və Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Həmin bəyənnaməyə Ermənistan prezidenti Serj Sərkisyan da imza atmaq məcburiyyətində qalıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm