Millət vəkilindən himn təklifi
Bizi izləyin

Qırmızı.az

Millət vəkilindən himn təklifi

Millət vəkili Etibar Hüseynov dahi bəstəkar Uzeyir Hacıbəyovun anadan olmasının ildönümü ərəfəsində maraqlı təkliflə çıxış edib. Publika.az xəbər verir ki, millət vəkili musiqisi Üzeyir Hacıbəyova məxsus olan Azərbaycan SSR-nin himnini Bakının himni kimi bərpa etməyi təklif edib.

Bu barədə o, özünün “facebook” səhifəsində yazıb:

“Artıq illərdir ki, sentyabrın 18-i dahi Üzeyir Hacıbəylinin anadan olduğu gün, həm də "Milli Musiqi Günü" kimi də qeyd olunur. Hələ 2 il əvvəl Milli Məclisdə təklif etmişdim ki, Üzeyir bəyin xatirəsinə hörmət əlaməti olaraq Azərbaycan SSR-in himnini Bakının himni kimi bərpa edək. Təbii ki, sözlərindən imtina etməklə. Digər tərəfdən də, minus variantda himn daha möhtəşəm səslənir. Dünyanın bütün iri şəhərlərinin gerbi, himni, bayrağı var. Nədən bizdə olmasın? Ruslar illər sonra olsa da Aleksandrovun müəllifi olduğu SSRİ-nin himninin sözlərini dəyişib yenidən Rusiyanın himni kimi bərpa etdilər. Ancaq bizdə bu cürə möhtəşəm əsər tarixin arxivində itib batıb.

Bu himnə diqqətlə qulaq asın. Möhtəşəmdi, həm də Bakımızın da adına layiqdi. Nəyi gözləyirik..?”

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm