Moskva Bakıya görə Yerevanı ayaq altına atır - Şimalda nə düşünürlər?
Bizi izləyin

Nida.az

Moskva Bakıya görə Yerevanı ayaq altına atır - Şimalda nə düşünürlər?

Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının iclası və burda səslənən fikirlər Bakı ilə Moskvanın yaxınlaşması görüntüsü yaradır. Təbii ki, Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Bakının Moskva üçün “can dərmanı” olması buna əsas yaradır.

Lakin Bakı Qərb və Moskva faktoru arasında hansı tərəfə əyilə bilər, yaxud əyilə bilərmi?

Ukraynadan sonra Azərbaycanın balans siyasəti çətinə düşmüşdü, bir çox ekspertlər bunun artıq yararsız olduğunu düşünürdü.

Həqiqətən də balans siyasətindən imtina Azərbaycan üçün ən yaxşı halda Gürcüstan, ən pis halda isə Ukrayna nümunəsi deməkdir. Hansı ki, 90-cı illərin mürəkkəb situasiyasında bunu bir növ yaşamışıq.

Bakı keçmişi unutmayıb və baş verə biləcək nəticələri öncədən görərək nə qorxulu Şimala, nə də hiyləgər Qərbə üz çevirir.

Politoloq Vəfa Quluzadə də hesab edir ki, əslində bu, siyasi gediş idi: “Bakıda baş nazirin müavinin dedikləri, Roqozinin açıqlamaları Azərbaycanın iki tərəf arasında da məsafəni saxlamağa hesablanıb. Çünki başqa cür bizə çətin olar, hər halda indiki məqamda çətin olardı”.

Bu arada Rusiya mediası Bakı-Moskva münasibətlərinə dair maraqlı iddia ilə çıxış edib.

Publika.az xəbər verir ki, əsas iddialar Ermənistanın aradan qaldırılması, yəni indiki sanksiyalar fonunda ayaq yükü olan Yerevana görə, xilas yolu olan Bakının incidilməməsidir.

Rusiyanın “Nezavisimaya qazeta”, “Vestnik Kafkaz”, “Politrus” kimi nəşrləri bu məsələyə geniş yer veriblər. bütün şərhlərdə Moskvanın Bakını Yerevanın ayağına verməməsi məsələsi xüsusilə vurğulanıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm