Ulduz futbolçu faciəli şəkildə öldü
Bizi izləyin

İdman

Ulduz futbolçu faciəli şəkildə öldü

Kiyevin "Dinamo" futbol klubunun və Ukrayna milli komandasının keçmiş futbolçusu Andrey Qusin 42 yaşında faciəli şəkildə dünyasını dəyişib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Dinamo” klubunun mətbuat xidməti bildirb.

Furbolçu “Çayka” avtodromunda motosikletlə qəzaya uğrayıb.

A.Qusin “Dinamo”da 7 dəfə Ukraynanın çempionu, 4 dəfə isə Ukraynanın kubokunun qalibi olub. UEFA Çempionlar Liqasının yarımfinalında çıxış edən futbolçu milli komandada 10-dan çox oyunda iştirak edib. Ukraynanın aparıcı oyunçusu 2006-cı il dünya çempionatında da uğurla çıxış edib.

O, futbolçu karyerasını bitirdikdən sonra məşqçi fəaliyyətinə başlamışdı.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm