Rusiyanın xüsusi təyinatlıları Donetsk aeroportuna hücum edib
Bizi izləyin

Dünya

Rusiyanın xüsusi təyinatlıları Donetsk aeroportuna hücum edib

Rusiyanın xüsusi təyinatlı bölmələri Donetsk aeroportuna hücum edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “5 kanal”a Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə bildirib.

Məlumata görə, hazırda Donetsk aeroportu yaxınlığında şiddətli döyüşlər gedir.

Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk da bir neçə saat əvvəl Rusiya qoşunları ilə separatçıların Donetsk aeroportuna hücuma hazırlaşdığını bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm