Qoroskop
Astroloji proqnoz - 18 sentyabr
QOÇ - Çox düşərli gündür. Boş durmaqdansa ən xırda şansdan belə istifadə edin. Tərəfdaşlıq zəminində, perspektivli sövdələşmələrdə uğurlarınız artacaq. Amma özünüzü təxribatlardan qorumalısınız.
BUĞA - Həddindən ziyadə uğurlu gündür. Ürəyinizə yaxın adamlarla rastlaşmağınız, həmçinin sevindirici təkliflər almağınız uzun müddət yadınızda qalacaq. Səfərə çıxsanız, ehtiyatlı olun.
ƏKİZLƏR – Bütün göstəricilər gün boyu ovqatınızın xoş olacağını proqnozlaşdırır. Xüsusilə saat 14-16 aralığında xoş bir təsadüflə rastlaşacaqsınız. Ailə üzvlərinizlə mehriban davranın.
XƏRÇƏNG - Yalnız maliyyə məsələlərində uğurlarınız gözlənilir. Odur ki, əsas gücünüzü bu istiqamətə yönəldin. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Axşam başqa ünvana getməyin.
ŞİR - Saat 15-ə qədər qarşılıqlı münasibətlərdə gərginlik gözlənildiyindən tədbirli olun. Bunu bacarsanız, ulduzlar sonrakı müddətdə sizə xüsusi zövq verəcək. Təzə xəbər də eşidəcəksiniz.
QIZ - Səhhətlə bağlı nasazlığınız olsa da, bu, ovqatınızı pozmayacaq. Əksinə, gün ərzində iştirakçısı olduğunuz proseslər sizi xeyli fərəhləndirəcək. Ətrafınıza yaxşı insanlar toplaşacaq.
TƏRƏZİ - O qədər də uğurlu təqvim deyil. Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə ətrafınızda olanların naxələfliyi ovqatınızı poza bilər. Müəyyən qədər təcrid olunub öz aləminizə qapılın.
ƏQRƏB - Fəaliyyət durumunuzda müəyyən problemlər gözlənilir, münasibətlərə fikir verin. Bundan kənarda işləriniz uğurlu olmalıdır. Hətta günün ikinci yarısında qazanmaq ehtimalınız da var.
OXATAN – Günün ümumi ovqatını nəzərə alıb əsas vaxtınızı istirahətə yönəldin. Ağır fiziki və zehni işlərə girişməyin. Saat 16-dan sonra qonaq getməyə, gəzintilərə aludə olmağa dəyər.
OĞLAQ - Ulduzların düzümü rahatlığı daha çox səfər və qonaqlıqlarda tapa biləcəyinizdən xəbər verir. Çünki bu gün sizə çoxlu adamlarla təmasda olmaq vacibdir. Tənhalığa qurşanmayın.
SUTÖKƏN - Bəxtinizdə ilahi bir təqvim durub. Bu səbəbdən də hansısa müqəddəs yeri ziyarət etməklə, kimsəsizləri sevindirməklə böyük savab qazanmış olarsınız. Axşam maraqlı insanlarla görüşünüz mümkündür.
BALIQLAR - Maliyyə vəziyyətiniz imkan versə, mütləq səfərə çıxın. Çünki xeyli müddət belə fürsət ələ düşməyəcək. Göy qübbəsi kənar təsirlərə aludə olmamağı, riskdən qorxmamağı tövsiyə edir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK