Dünya
Keçmiş sevgilisinin ürəyini yedi - ŞOK
ABŞ-da cinayətdən mühakimə olunan bir məhkum keçmiş sevgilisini öldürüb, daha sonra isə onun orqanlarını bişirib yeyib.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 33 yaşlı Cozef Oberhansley, 46 yaşlı keçmiş sevgilisi Tammi Blantonu bıçaqla öldürüb. Sonra isə ürəyini, ağciyərini və beynini yeyib.
Blanton səhər işə getməyincə iş yoldaşları polisə müraciət edib. Qətl baş verən ünvana gələn polis Oberhansleyi həbs edib. Araşdırma aparan polis dəhşətli mənzərəylə qarşılaşıb. Polis hamamda qadının cəsədini və sınmış kəllə sümüyünu tapıb. Cozef qadının beynini bişirib yediyini etiraf edib. Məhkəmədə isə cinayətini qəbul etməyən Cozef hər şeyi təkzib edib.
Qeyd edək ki, C.Oberhansley 1998-ci ildə 17 yaşındakı sevgilisini doğuşdan sonra silahla öldürüb. Qatil 2012-ci ildə 500 dollar ödəyərək prokuror müavininin etiraz etməsinə baxmayaraq sərbəst buraxılıb.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO