Əl Qaidə İŞİD-dən tələb etdi: “Buraxın!”
Bizi izləyin

Dünya

Əl Qaidə İŞİD-dən tələb etdi: “Buraxın!”

Əl Qaidə İŞİD-dən 47 yaşlı İngiltərə vətəndaşı Alan Henninqin azad edilməsini tələb edib.

Axar.az İngiltərənin “İndependent” qəzetinə istinadən xəbər verir ki, Əl Qaidə Henninqin çətin vəziyyətdə olan müsəlmanlara kömək etmək istəyən günahsız xeyriyyəçi olduğunu və onu qaçırmağın heç bir xeyri olmayacağını bildirib.

İngiltərədə yerləşən “King'S College” Beynəlxalq Araşdırmalar Mərkəzinin professoru Peter Neumanın fikrincə, Əl Qaidənin bu sahədə təcrübəsi olduğu üçün belə bir addım atıb:

“Əl Qaidə aylardır ki, İŞİD-in atdığı addımları tənqid edir. Bu təşkilatın təcrübəsi var və Qərblə necə münasibət qurmaq lazım olduğunu yaxşı bilir”.

Onun sözlərinə görə, iki təşkilat arasında ideologiya eyni olsa da, Əl Qaidə strateji addımlar atmağı bacarır:

“Məsələn, Əl Qaidə baş kəsərək edam etməyə qarşı deyil, ancaq bunu İŞİD-ə baxıb etsə, insanlar onlardan uzaqlaşacaq”.

Xatırladaq ki, Alan Henninq dekabr ayında Suriyaya humanitar yardım apararkən Türkiyə sərhədini keçdikdən sonra İŞİD terrorçuları tərəfindən əsir götürüb.

Birləşmiş Krallığın Xüsusi Aviasiya Xidməti (SAS) Henninqin yerini müəyyənləşdirə bilmədiklərini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm