Autizm müalicə oluna bilər - alimlər bu qənaətdədir
Bizi izləyin

Bilgi.az

Autizm müalicə oluna bilər - alimlər bu qənaətdədir

Kolumbiya Universitetinin mütəxəssisləri əmindirlər ki, onlar autizm xəstəliyinin əsas səbəbini aşkar edə biliblər.

Alimlərin fikrincə, autizm xəstəliyinə tutulan insanın beynində sinoptik sinir rabitələrinin sayı anomal dərəcədə çoxdur. İnsanın böyümə və inkişaf prosesində sinoptik sinir rabitələr tədricən yox olur, yeniyetməlik dövrünün başlanğıcında isə (9-12 yaş) onların sayı kəskin surətdə azalır. Autizm xəstəliyi olan uşaqlarda bu proses ləng gedir. Zaman keçdikcə sinoptik sinir rabitələrinin sayı yalnız 20 faiz azalır. Nəticədə sinir toxumalarında neyronlarla ayrılmaz surətdə bağlı olan "mTOR" zülalının miqdarı artır. Alimlər bu bağlamaları autizmin əsas biolojı markerlərindən biri adlandırırlar.

Alimlər bu fərziyyəni laboratoriya siçovulları üzərində apardıqları eksperimentdən sonra irəli sürüblər. Onlar siçovulların orqanizminə immuniteti aşağı salan və mTOR zülalı ifrazını sürətləndirən maddə yeridiblər. Nəticədə autizm simptomları olan siçovulların vəziyyəti xeyli yaxşılaşıb.

Bu sahədə gələcək tədqiqatlar insanlarda autizm xəstəliyini inkişaf mexanizmlərini daha yaxşı anlamağa və dünyanı bu xəstəlikdən tam xilas etmək üçün dərman tapmağa kömək edəcəkdir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm